Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda uşaq oğrusu PEYDA OLDU: “”Kinder” alacağını deyib…” – VİDEO

Bakıda uşaq oğrusu PEYDA OLDU: “”Kinder” alacağını deyib…” – VİDEO

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
Azinforum.az xəbər verir ki, bu barədə Bizimyol.info-ya azyaşlının valideyni Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə 11 avqust axşam saatlarında “Albalı” uşaq bağçasının yaxınlığında meydana gəlib. Evə gələn Tuncay Məmmədov atasına onu oğurlamaq istədiklərini bildirib.
R.Məmmədov bildirir ki, əvvəlcə ona inanmayıblar. Lakin bağçanın mühafizəçisi də uşağın dediklərini təsdiqləyib. Bundan sonra o,102 polis xidməti ilə əlaqə saxlayıb. Polislər yaxınlıqdakı mağazanın müşahidə kameralarını izləmək istəsələr də sahibi orada olmadığından buna nail ola bilməyiblər.
Azyaşlı atasına həmin hadisəni danışarkən bildirib ki, oğurluq etmək istəyən şəxs ona “kinder” alacağını bildirib. Həmin şəxsin hərəkətlərindən qorxan uşaq qaçaraq oradan uzaqlaşıb.
Qeyd edək ki, R.Məmmədov 102 polis xidməti ilə əlaqə saxladıqlarını, lakin rəsmi ərizə ilə polisə müraciət etmədiklərini bildirib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …