Ana səhifə / Kriminal / Bakıda üç uşaq atası üzərindəki qumbaranı partladıb – DİN açıqlama yaydı

Bakıda üç uşaq atası üzərindəki qumbaranı partladıb – DİN açıqlama yaydı

Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində 39 yaşlı kişi üzərində olan qumbaranı partladıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azinforum.az-a bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq keçmiş həyat yoldaşı ilə görüş tələb edib.

Həmin şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

İ.Nəcəfov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Keçmiş cütlüyün birgə nikahdan 3 övladı var.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …