Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Bakıda üç uşaq anasının öldüyü qəzanın görüntüləri yayıldı – VİDEO

Bakıda üç uşaq anasının öldüyü qəzanın görüntüləri yayıldı – VİDEO

İyun ayının 22-si günorta saatlarında Bakının mərkəzində – Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, Muzey Mərkəzi binasının arxasında yol-nəqliyyat hadisəsi baş vermişdi.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, “Hyundai Tucson” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın ağaca çırpılıb. 40 yaşlı Könül Abbaslı hadisə yerində ölüb.

Avtomobilin sükanı arxasında K.Abbaslının dayısının həyat yoldaşı olub. Maşında cəmi dörd nəfər olub. Üç nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, ölən qadın üç uşaq anasıdır.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …