Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Kriminal / Bakıda tutulan “Baron Dədəş”in görüntüləri yayıldı – VİDEO

Bakıda tutulan “Baron Dədəş”in görüntüləri yayıldı – VİDEO

Bakıda narkotik maddə və psixotrop tərkibli dərmanların satışı ilə məşğul olan şəxs saxlanılıb.

ARB TV xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, “Baron Dədəş” ləqəbli Elşad Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Baxış zamanı onun paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yaşadığı evdən satış üçün nəzərdə tutulan və hazır qablaşdırılmış formada olan külli miqdarda tiryək, heroin, marixuana, o cümlədən 150 ədəd güclü psixortop təsirə malik metamfetamin, preqabalin (lyrica), metadon həbləri və 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Elşad Bağırov (saxlanılan şəxs) : “Polis əməkdaşları evimdən mənə məxsus olan heroin və digər narkotik maddələri götürüblər”.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …