Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda tükürpədici olay: ana və qızının asılmış meyitləri tapıldı

Bakıda tükürpədici olay: ana və qızının asılmış meyitləri tapıldı

Azərbaycanda tükürpədici hadisə baş verib.

 Orman.Az xəbər verir ki, BakuPost-un əldə etdiyi məlumata görə, Bakının Yeni Suraxanı qəsəbəsində ana və qızının yaşadıqları evdə meyitləri tapılıb.  Məlumata görə, 24 yaşlı Fatimə və anası Aidə 6 ay əvvəl Sabirabad rayonundan Bakıya köçüblər. Onlar Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5-də kirayə ev tutub yaşamağa başlayıblar. Ötən həftə isə ailənin dəhşətli faciəsi ortaya çıxıb. Belə ki, ana-qızdan bir neçə gün xəbər çıxmadığını görən yaxınları onların yaşadığı evə gəlib və qan donduran mənzərə ilə rastlaşıb. Evdə onların hər ikisinin asılmış meyitləri tapılıb.  Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, 24 yaşlı gənc qız anasından əvvəl ölüb. Onun meyiti evin ortasında sərilmiş və üzü örtülmüş vəziyyətdə olub. Ananın meyiti isə tavandan asılmış halda aşkarlanıb. Kriminalistlər müəyyənləşdirib ki, hadisə 5 gün əvvəldən baş verib və ana-qızın meyitləri 5 gün ərzində evdə qalıb.  İlkin ehtimallara görə, ana-qız özlərini asaraq intihar edib. İntihar aktını isə əvvəlcə qız həyata keçirib. Mərhumların yaxınları onu da iddia edir ki, onlar özlərini öldürməyib, öldürülüb və daha sonra intihar etdikləri mənzərəsi yaradılıb.   Qeyd edək ki, 24 yaşlı Fatimə Bakıda ingilis dili müəllimi işləyib. Onun anası Aidə həyat yoldaşından boşanıb. Ana-qız birlikdə yaşayırmış.  Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …