Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda toyuq oğurlayan erməni qardaşlar saxlanıldı — TƏFƏRRÜAT

Bakıda toyuq oğurlayan erməni qardaşlar saxlanıldı — TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda toyuq oğurladığına görə iki qardaş tutulub.

Əməliyyat Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı aprelin 9-da axşam saatlarında 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan tutulub.

Onlar Yeni Suraxanı ərazisində saxlanılıblar. Onları paytaxt sakini Könül Əhmədovanın şikayəti əsasında tutublar.

Qadın şikayətində bildirib ki, həyətində saxladığı səkkiz toyuq və iki ördək oğurlanıb. Eyni zamanda həmin ərazidə Firdovsiyə məxsus həyətdən 6 toyuq oğurlanıb.

Saxlanılan qardaşlar törətdikləri əməli etiraf ediblər. Həmçinin araşdırmalar zamanı qardaşların 2019-cu ilin dekabrın 31-də evlərdən toyuq oğurladığı da məlum olub.

Saxlanılanların erməni əsilli olması məlum olub. O da müəyyənləşib ki, Rövşən azərbaycanlı qadınla evlənib və onun soyadını götürüb. Bir müddət sonra o həyat yoldaşından ayrılsa da, onun soyadında qalıb.

Faktla bağlı araşdırma aparılır. Oxu.az

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …