Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Bakıda toyda mahnı üstündə DAVA – İŞƏ POLİS QARIŞDI

Bakıda toyda mahnı üstündə DAVA – İŞƏ POLİS QARIŞDI

Bakıda toyda mahnı sifarişi üstündə dava olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 161 ünvanında yerləşən “Röyal” şadlıq evində baş verib.
Belə ki, qohumlar arasında mübahisə sonda şadlıq sarayının qarşısında davaya çevrilib. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, Azadlıq prospektində tıxac yaranıb. Hadisə yerinə gələn Binəqədi rayon Polis İdarəsinin əməkdaşları davaya müdaxiləsi nəticəsində mübahisənin genişlənməsinin qarşısı alınıb.
Hadisə ilə bağlı şadlıq sarayının administratoru Unikal.org-a açıqlamasında faktı təsdiqləyib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …