Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Bakıda TIR-la marşrut avtobusu toqquşub, 6 nəfər xəstəxanaya yerləşdirilib

Bakıda TIR-la marşrut avtobusu toqquşub, 6 nəfər xəstəxanaya yerləşdirilib

Bu gün səhər saatlarında Bakıda TIR-la 551 saylı marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 6-sı kişi, 4-ü qadındır.

Qurumdan qeyd olunub ki, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən yaralılardan 4 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: “Digər yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiyada şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta sabitdir”.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəyə uyğun olaraq daşıyıcı şirkətlə bağlı müvafiq tədbir görüləcək.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …