Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda ticarət mərkəzində bədbəxt hadisə – 28 yaşlı gənc öldü

Bakıda ticarət mərkəzində bədbəxt hadisə – 28 yaşlı gənc öldü

Paytaxtda ticarət mərkəzində lift təmiri zamanı 28 yaşlı işçi ölüb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalıb.

28 yaşlı gənc yerindəcə keçinib.

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …