Ana səhifə / Kriminal / Bakıda ticarət mərkəzində yanğın olub, 2 nəfər təxliyə edilib- VİDEO

Bakıda ticarət mərkəzində yanğın olub, 2 nəfər təxliyə edilib- VİDEO

“AF mall” Ticarət Mərkəzində yanğın baş verib.

Musavat.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisində (“AF mall” Ticarət Mərkəzi kimi tanınır) 2 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Həmçinin oxuyun

“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı – FOTO

Bakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb. Unikal.org  “Bizimyol”a istinadən xəbər verir ki, Nizami …