Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Bakıda tanınmış həkim və arvadını öldürən bağban… – Ömürlük azadlıqdan məhrum edilib

Bakıda tanınmış həkim və arvadını öldürən bağban… – Ömürlük azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …