Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Bakıda taksi sürücüsü piyada keçidində yaşlı kişinin üstündən belə keçdi – ANBAAN VİDEO

Bakıda taksi sürücüsü piyada keçidində yaşlı kişinin üstündən belə keçdi – ANBAAN VİDEO

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Unikal.org  “avtosfer.az”a istinadən xəbər verir ki, yaşlı kişi piyada keçidindən keçir. Bu zaman sağa dönən taksi sürücüsü gəldiyi sürətlə kişinin üstündən keçir.

Daha sonra isə geriyə verərək ikinci dəfə onu təkərin altında qoyur. Hadisə nəticəsində piyada yerindəcə həyatını itirir.

Qeyd edək ki, sağa və sola dönən zaman sürücü yolu keçən piyadaya yol verməlidir.

Həmçinin piyada keçidi olduğunu nəzərə alsaq sürücü mütləq şəkildə avtomobilin sürətini azaltmalı və dayandırmalı idi.

Həmçinin oxuyun

Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir

Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər …