Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Bakıda taksi postda polisi və hərbi qulluqçunu vurdu

Bakıda taksi postda polisi və hərbi qulluqçunu vurdu

Bakıda “London Taxi” xidmətdə olan hüquq-mühafizə orqanları əməkdaşlarını vurub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 19-da saat 22 radələrində, “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda qeydə alınıb. 

Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …