Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / Bakıda şok cinayət – Bankdan 174 min dollar necə oğurlandı?

Bakıda şok cinayət – Bankdan 174 min dollar necə oğurlandı?

Bakıda bu günə qədər görünməmiş oğurluq baş verib. Criminal.az saytının məlumatına görə, şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb. Günün günorta çağı üzlərinə əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ”sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq.
Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar.
Yasamal rayon Polis İdarəsindən Criminal.az saytına faktı təsdiq etsələr də, əlavə məlumat vermədilər.
Criminal.az onu da öyrənib ki, oğurluq olan bankomat bankın öz mühafizəçiləri tərəfindən qorunurmuş. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-istintaq tədbiri həyata keçirir.

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …