Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Kriminal / Bakıda şirkət qazıntı işi apardı, bükülmüş qadın meyiti tapıldı

Bakıda şirkət qazıntı işi apardı, bükülmüş qadın meyiti tapıldı

Bakıda qazıntı zamanı qadın meyiti aşkar edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən, saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və “Azbadam” şirkətinə məxsus badam bağında qeydə alınıb. Ərazidə traktorla qazıntı işi aparılarkən torpağa basdırılmış və sellofana bükülmüş şəkildə olan qadın meyiti aşkar edilib.

İlkin baxış zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Meyitin kimə məxsus olması, kim tərəfindən orada basdırılması, hansı şəraitdə ölməsi və ya öldürülməsi məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Həmçinin oxuyun

MTN generalı: ‘İranlı casus prezident Əliyevə sui-qəsd hazırlamışdı’

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, iki ilə yaxındır həbsdə olan …