Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Kriminal / Bakıda şirkət işçisi özünü 11-ci mərtəbədən atdı – Dəhşətli intihar

Bakıda şirkət işçisi özünü 11-ci mərtəbədən atdı – Dəhşətli intihar

Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Xətai rayonu Xudu Məmmədov küçəsi 33A ünvanındakı çoxmərtəbəli binada yaşayan 1983-cü il təvəllüdlü Anar Cəbrayıllı özünü 11-ci mərtəbədə yerləşən evinin eyvanından atıb. O, hadisə yerindəcə keçinib.
İlkin araşdırmalardan sonra məlum olub ki, A.Cəbrayıllı ailəlidir və Bakıda fəaliyyət göstərən dərman satışı şirkətlərindən birində işləyir.
O bir neçə dəfə nevroloji problemləri ilə bağlı müalicə olunubmuş. Bu ayın 12-də Anarın 35 yaşı tamam olacaqmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Həmçinin oxuyun

“Lotu Quli”ni Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gətirdilər…” – VİDEO

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn türkiyəli mafiya başçısı Sedat Peker “Youtube” sosial şəbəkəsində …