Ana səhifə / Kriminal / Bakıda sensasion olay: kollec tələbəsi kafeyə dəvət etdiyi qrup yoldaşı qıza təcavüz edib

Bakıda sensasion olay: kollec tələbəsi kafeyə dəvət etdiyi qrup yoldaşı qıza təcavüz edib

Bakıda kollec tələbəsi olan qıza kafedə təcavüz edilib.
“Report”un xəbərinə görə, hadisə noyabrın 27-də paytaxtın Nəsimi rayon ərazisində baş verib.
Belə ki, Bakıdakı kolleclərinin birinin tələbəsi, V.S qrup yoldaşı, 2003-cü il təvəllüdlü Ə.N-ni axşam saatlarında kafeyə dəvət edib. O, kafedə qıza qarşı zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib.
Qızın valideynləri bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …