Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakıda şagirdlər birləşib müəllimi döydü, təcili yardım çağırıldı

Bakıda şagirdlər birləşib müəllimi döydü, təcili yardım çağırıldı

138 nömrəli tam orta məktəbdən bildiriblər ki, məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsi məktəbdə siqaret çəkdiyi üçün XI sinif şagirdi ondan siqaret çəkməməsini xahiş edib.

Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib.

*   *   *16:55

Bakının Xətai rayonunda yerləşən 138 saylı məktəbdə şagirdlər birləşib müəllimi döyüblər.

Virtualaz.org-a daxil olan məlumatda deyilir ki, döyülən ingilis dili müəlliminin 21 yaşı var. Müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yadım çağırılıb. Müəllimin xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov müəllimin döyüldüyünü və məktəbə təcili yardım çağırıldığını təsdiqləyib. Bildirib ki, döyülən müəllimin həyatı üçün təhlükə yoxdur. Hadisənin motivini araşdırmağa çalışırıq.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …