Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı

Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi məktəbdə intihara cəhd edib. ” Azinforum.az ” virtualaz.org-a istinadən xəbər verir ki, şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

Hadisə şahidlərinin sözlərinə görə, bu qız əvvəllər də bir neçə dəfə intihara cəhd edib: “Qızı təcili yardımla xəstəxanaya apardılar. Bir də gördük ki, valideynləri qaça-qaça gəldi. Qızın xəstəxanada olduğunu eşidən kimi çıxıb getdilər. Bəlkə də, çox şagirdin onunla danışmaması qıza pis təsir edib”.

Daha sonra məktəbin mühafizə xidməti küçədəki bütün uşaqlara hadisəylə bağlı tanımadığı adamlarla danışmamağı tapşırıb. Uşaqlar deyirlər ki, onlara qızın başının gicəlləndiyini və pəncərədən yıxıldığını söyləməyi tapşırıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbli hazırda reanimasiyadadır. Ona çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, yumşaq toxumaların və ağciyərin əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …