Ana səhifə / Kriminal / Bakıda sərnişin avtobus qəzaya düşdü: yaralananlar var

Bakıda sərnişin avtobus qəzaya düşdü: yaralananlar var

Bakının Nizami rayonunun Qara Qarayev prospektində – metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Azinforum.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib.

“Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb”, – məlumatda bildirilib.

TƏBİB-dən “Report”a verilən məlumata görə, 4 nəfərə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Həmçinin oxuyun

Fazil Mustafanı güllələyən şəxslər niyə tapılmır?

“Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsd sadə bir məsələ deyildi və bu, terror aktıdır”. Bu …