Ana səhifə / Kriminal / Bakıda qonşular arasında kütləvi dava: bıçaqlanan var

Bakıda qonşular arasında kütləvi dava: bıçaqlanan var

Bakıda qonşular arasında kütləvi dava olub.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsində 1989-cu il təvəllüdlü Rüstəmov İsmayıl Rəfael oğlu qonşuluğunda yaşayan həmyaşıdı ilə mübahisə edib. Mübahisəyə daha 3 nəfər də müdaxilə edib.

Nəticədə İ.Rüstəmov 4 nəfər tərəfindən döyülərək kürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …