Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Bakıda qısqanc ər arvadını boğaraq öldürdü

Bakıda qısqanc ər arvadını boğaraq öldürdü

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qətl hadisəsi törədilib.

 

Azinforum.az Report-a istinadən xəbərinə görə, hadisə ötən gecə İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

 

Hadisəni törədən M.Əliyev tutulub.

 

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …