Ana səhifə / Kriminal / Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb

Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb

Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb.

“Report” un xəbərinə görə, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 5 ünvanında yerləşən qapı-pəncərə sexinin 5 əməkdaşı arasında əlbəyaxa dava olub.

Nəticədə 1966-ci il təvəllüdlü Fərhadzadə Hüseyn Zəfərqulu oğlu bıçaqlanıb. O, aldığı xəsarətlərə görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları əraziyə cəlb edilib.

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …