Bazar , Noyabr 18 2018
Ana səhifə / Kriminal / Bakıda qan töküldü — Qadın onu təhqir edən məşuqunu bıçaqladı

Bakıda qan töküldü — Qadın onu təhqir edən məşuqunu bıçaqladı

Sevgilisinin təhqirlərinə dözməyən qadın qan tökdü.Kişi ilə qadın arasında mübahisə qanla nəticələnib.

“Ölkə.Az”ın məlumatına görə, Binə südçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Zeynalov Elçin Adil oğlu qeyri-rəsmi yaşadığı qadınla mübahisə edib.

Mübahisə zamanı Şərifova Gülnaz İmaməli qızı ərinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırıdı.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. G.Şərifova isə 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qadın izahatında ilkin səbəb kimi qeyri-rəsmi yaşadığı E.Zeynalovun onu tez-tez döyməsini və təhqir etməsini göstərib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Solmaz Əbiyevanı Pakistan polisi yaxaladı

Pakistan polisi ötən gün noyabrın 17-də İslamabada narkotik və insan alverinə görə beynəlxalq axtarışda olan …