Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Bakıda qadının qızıl külçələrini oğurlayan şəxs məhkəmədə həbs edildi

Bakıda qadının qızıl külçələrini oğurlayan şəxs məhkəmədə həbs edildi

Bakıda evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlamaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Ceyhun Məmmədov istintaq zamanı onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Zərərçəkən tərəfin nümayəndəsi, vəkil Bəylər Məmişov vəsatətlə çıxış edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

Vəkil bunu belə izah edib ki, təqsirləndirilən Ceyhun Məmmədov zərərçəkmiş təsirlər və təzyiqlər edərək ondan ifadəsini dəyişməsini istəyir.

B.Məmişov söyləyib ki, hüquqlarını müdafiə etdiyi zərərçəkmiş hazırda ölkə xaricindədir.

Prokuror və təqsirləndirilən şəxsin vəkili vəsatətin təmin edilməməsini istəyiblər. Onlar bildiriblər ki, istintaq zamanı zərərçəkmiş tərəf Ceyhun Məmmədovun hərəkətləri barədə polisə müraciət etməyiblər. Vəkil qeyd edib ki, zərərçəkən şəxs istintaqda şikayət və tələbinin olmadığını deyib.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən vəsatət təmin edilib.

Ceyhun Məmmədov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbsə alınıb.

Rəsmi məlumata görə, Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib. Ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan ədəd qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlaa bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Musavat.com

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …