Ana səhifə / Kriminal / Bakıda qadının evinə basqın

Bakıda qadının evinə basqın

Paytaxtda qadının evinə basqın edilib.

Hadisə paytaxtın Nizami rayonu, R.Teymurov küçəsi, ev 30, mənzil 40-da baş verib.

Həmin ünvanda yaşayan Mobilova Reyhan Nemətulla qızı evini satmaq üçün alqı-satqı ofisinə müraciət edib.

Yanvarın 6-da mənzilə gələn 3 nəfər naməlum şəxs özlərini müştəri kimi təqdim edərək evə daxil olublar.

Daha sonra həmin şəxslər qadının əlini, ayağını və ağzını yapışqan kağızla bağlayaraq ondan pul tələb ediblər.

Həmin şəxslər qadının evdə olan 600 manatını və 180 manat dəyərində mobil telefonunu alaraq hadisə yerindən qaçıblar.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2-ci (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlayıb.(Trend)

Həmçinin oxuyun

Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxslə bağlı yeni qərar

Sumqayıt Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən …