Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda qadının boyunbağısını dartıb qaçdı – VİDEO

Bakıda qadının boyunbağısını dartıb qaçdı – VİDEO

Paytaxtın Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib.

Azinforum.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, zərərçəkən Azadlıq prospektində yerləşən marketlərdən birinin yaxınlığından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 700 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elvin Cabbarov saxlanılaraq istintaqa təqdim edilib.

O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını deyib.

Qeyd edək ki, saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan ərazidən yayınması müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

https://daytube.az/az/embed/135815

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …