Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Bakıda qadını sevgilisi küçədə öldürdü

Bakıda qadını sevgilisi küçədə öldürdü

Bakıda gecə saatlarında qadın çay evinin qarşısında öldürülüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 28-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

P.İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Sərxan Məmmədov Cinayət Məcəlləsinin qəsdən adam öldürməkdə şübhəli bilinərək tutulub.

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …