Çərşənbə , İyun 19 2019
Ana səhifə / Kriminal / Bakıda qadını öldürüb, evini yandırdılar – VİDEO

Bakıda qadını öldürüb, evini yandırdılar – VİDEO

Bu gün səhər saatlarında Bakıda ağır cinayət törədilib.
Hadisə paytaxtın Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 83 ünvanında baş verib. Yaqub Axundovun evinin yandığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Hadisə yerinə rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və bir neçə canlı qüvvəsi cəlb edilib.Yanğının kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı, 78 yaşlı Tamella Axundovanın meyiti aşkar edilib.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları qadının qəsdən öldürüldüyünü müəyyən ediblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 35 kvadratmetr olan iki otaqlı ev tamamilə yanıb. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların hadisəni tamah məqsədi ilə törətdiklərini ehtimal edirlər.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb. Polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışını aparır.

Həmçinin oxuyun

Azərbaycanlı sürücü generalı yarı yolda qoyub soydu

İyunun 14-də Moskvada Azərbaycan vətəndaşının iştirakı ilə oğurluq hadisəsi qeydə alınıb. “Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi …