Sosial şəbəkədə biz:

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxs

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxs
Xəbər Şəkli
29 October 2026, 07:57
Kriminal

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb.

Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonra şantaj etməklə 17 000 manat pulunu ələ keçirdiyini bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Babayev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Araz Babayev borc öhdəliklərindən yayınmaq məqsədilə, borclu olduğu şəxsləri müxtəlif üsullarla şantaj edirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Lent.az