Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda qadın ərinin 23 yaşlı sevgilisini bıçaqlayıb

Bakıda qadın ərinin 23 yaşlı sevgilisini bıçaqlayıb

Bakıda qadın ərinin sevgilisini bıçaqlayıb.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, rayonun İlyas Aslanov küçəsində 1994-cü il təvəllüdlü Babayeva Aynurə Fazil qızı Əliyar adlı şəxsin həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə qadın A.Babayevaya 6 bıçaq xəsarəti vurub. O, yaralı halda xəstəxanaya yerləşdirilib. Məlum olub ki, hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, Əliyarın (soyadı məlum deyil) həyat yoldaşı A.Babayevanı ərinə qısqanıb.

Hadisəni törədən qadın saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …