Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Kriminal / Bakıda qadın ərinin 57 minini internetdə tanış olduğu şəxsə verib – “Hepatit” imiş

Bakıda qadın ərinin 57 minini internetdə tanış olduğu şəxsə verib – “Hepatit” imiş

İnternetdə tanış olduğu qadından xəstə olduğunu deyərək 57 mindən çox pul alan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərara alıb ki, cinayət işində kobud qanun pozuntuları var. Bu səbəbdən iş yenidən prokurorluğa qaytarılıb.

Hadisə bu il yanvarın 30-da Binəqədi rayon polis idarəsinə müraciət edən şəxs, mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib.

Məlum olub ki, pul elə həmin şəxsin arvadı tərəfindən götrülüb.

Əməliyyatçılar qadını saxlayıblar. İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

Daha sonra 30 yaşlı paytaxt sakini Ramil Muradov saxlanılıb. O ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü ”hepatit” xəstəsi kimi təqdim edib və ondan maddi kömək istəyib.

Ramil Muradov bu yolla 2017-ci ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb.

Onun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

Həmçinin oxuyun

Cavidin qatili Rüstəm Abdullayevin qardaşı oğludur

Almaniyada magistr təhsili alan azərbaycanlı tələbə vəhşicəsinə qətlə yetirilib. ” Azinforum.az ” Criminal.az-a istinadən xəbər …