Cümə , Yanvar 15 2021
Ana səhifə / Kriminal / Bakıda PR mütəxəssislərin dəyirmi masası keçirildi

Bakıda PR mütəxəssislərin dəyirmi masası keçirildi

17 fevral 2016-cı il tarixində “Excelsior Hotel & Spa Baku” otelində PR mütəxəssislərin dəyirmi masası keçirildi.

Tədbirdə “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz, “AtaHolding” ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, “AtaBank” ASC Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov, “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov, Qlobal Saziş Azərbaycan şəbəkəsinin nümayəndəsi, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Paşa Həyat Sığorta şirkətinin PR meneceri Elnur Hüseynquliyev, “Synergy Group” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin meneceri Ayxan Nəsibli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat katibi Cavid Xəlilov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev, Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisinin köməkçisi, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova və digərləri iştirak etdilər.

pr
Tədbir zamanı iştirakçılar 2015-ci ildə öz peşə fəaliyyətlərinin yekunları haqqında danışdılar və 2016-cı il üçün planlarını bölüşdülər. Cəmiyyətlə ictimaiyyətlə əlaqələrin maraq doğuran sahələri barədə fikir mübadiləsi aparıldı. Tədbir zamanı həmçinin, PR üzrə təlim treninqi də keçirildi.
“Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri qeyd etdi ki, mütəxəssislərin bu cür dəyirmi masaları məhsuldar təcrübə mübadiləsi aparmağa, peşə səviyyəsini yüksəltməyə, praktiki bilikləri mənimsəməyə və cəmiyyətlə əlaqələri yaxşılaşdırmağa kömək edir.

qad

kol

Həmçinin oxuyun

Axtarışda olan 46 nəfər saxlanıldı – RƏSMİ

Daxili İşlər Nazirliyini ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik …

Bir cavab yazın