Bazar ertəsi , Mart 20 2023
Ana səhifə / Kriminal / Bakıda “Porsche” 17 yaşlı oğlanı piyada keçidində vurub öldürdü – Fotolar

Bakıda “Porsche” 17 yaşlı oğlanı piyada keçidində vurub öldürdü – Fotolar

Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 23:43-də Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 117 ünvanının qarşısında – “Ətçilər” adlanan yerdə Ağazadə Çingiz Əkrəm oğlu idarə etdiyi “Porsche Cayenne” markalı avtomobillə piyada keçidindən yolu keçən şəxsi vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

İlkin araşdırmalar nəticəsində ölən şəxsin 2005-ci il təvəllüdlü Səlimov Ayxan Mehman oğlu olması müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Baş memarın cinayət işi icraata götürüldü

Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti sabiq şöbəsi müdiri Elgün Abdullayevin cinayət işi icraata …