Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bakıda polis rəisi həbs olundu – İşə düzəltmək adı ilə 800 min “atıb”

Bakıda polis rəisi həbs olundu – İşə düzəltmək adı ilə 800 min “atıb”

Bakıda polis rəisi həbs edilib. 

Azinforum.az – in “Criminal.az”a istinadən verdiyi məlumata görə, həmin şəxs Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunda rəis, polis pokovniki Fərhad Məmmədxanlıdır.

Məlumata görə, F.Məmmədxanlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib.

Fərhad Məmmədxanlı işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsəində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, F.Məmmədxanlı ondan pulunu istəyən şəxsləri şərləyərək tutuduracağı ilə hədələyirmiş.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …