Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Kriminal / Bakıda polis 15 yaşlı yeniyetməyə cərimə yazdı

Bakıda polis 15 yaşlı yeniyetməyə cərimə yazdı

Bakıda polis 15 yaşlı yeniyetməyə karantin qaydasını pozduğuna görə cərimə yazıb.

Yeniyetmə Ramin Hüseynovun ailəsi “Qafqazinfo”ya müraciət edərək bildirib ki, iyulun 10-da uşağı yol polisi saxlayıb və icazəsi olub-olmadığını soruşub: “Ramin də icazəsi olmadığını deyib, polis də onun ad-soyadını soruşub, sonra isə cərimə yazmayacağını deyərək yola salıb. Amma indi Binəqədi Rayon Polis İdarəsi evə məktub göndərib”.

Hüquqşünas Ərşad Hüseynov “Qafqazinfo”ya bildirib ki, inzibati xəta haqqında protokol qanunsuz olduğu üçün avtomatik ləğv edilməlidir: “İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinə görə, 16 yaşdan aşağı şəxslər inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmin protokol avtomatik olaraq qanunsuz sayılır və ləğv edilməlidir”.

Həmçinin oxuyun

XDMX-nin əməkdaşı arvadı ilə birləşib bacısı qızını döydü – Video

Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində 24 yaşlı Nurməmmədova Ülkər Sadiq qızı yaxın qohumları tərəfindən …