Ana səhifə / Kriminal / Bakıda patı çəkib “Porsche” sürən sürücü saxlanıldı, iş məhkəməlik oldu

Bakıda patı çəkib “Porsche” sürən sürücü saxlanıldı, iş məhkəməlik oldu

Oktyabrın 31-də Bakının Nizami rayonu ərazisində narkotik vasitətinin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Hadisə səhər saat 09:30 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib. 10-GP-008 dövlət nömrə nişanlı “Porsche Cayenne GTS” markalı avtomobilin sürücüsü 37 yaşlı Əliyev Səbuhi Polad oğlu təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlanılıb. Yol polisləri sürücünün hərəkətlərindən şübhələndiyi üçün onu tibbi müayinəyə aparıblar. Müayinə nəticəsində sürücünün narkotik vasitənin təsiri altında olduğu üzə çıxıb. Patı qəbul edərək sükan arxasına keçən sürücü barəsində toplanmış materiallar baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Avtosfer.az

Həmçinin oxuyun

Feyziyevdən sonra daha bir oliqarx ifşa edildi – London məhkəməsində iş açıldı

Londonda çirkli pulların yuyulması ilə bağlı irimiqyaslı beynəlxalq əməliyyatla əlaqədardaha bir azərbaycanlı milyonçunun məhkəməsi başlayıb.Britaniya …