Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Bakıda partlayış oldu – Ev uçdu

Bakıda partlayış oldu – Ev uçdu

Paytaxtda yaşayış evində qaz sızmasından sonra partlayış olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …