Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda oğurluq anbaan kameralara düşdü – Video

Bakıda oğurluq anbaan kameralara düşdü – Video

Paytaxtın Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Hadisə anbaan nəzarət kameraları vasitəsi ilə lentə alınıb.

Gecə saat 4 radələrində iki nəfər naməlum şəxs Gənclik metrosunun yaxınlığında yerləşən texniki avadanlıqlar satışı ilə məşğul olan mağazadan oğurluq edib.

Onlar əvvəlcə mağazanın qarşısında bir qədər müşahidə aparıblar, daha sonra qapını açıblar. Oğrulardan biri küçədə pusquda durub, digəri isə içəri girərək kassanı qırıb. Gənc oğlan kassadan olan pulları götürüb, mağazanı tərk edir. Daha sonra dostu ilə birgə hadisə yerindən uzaqlaşıb.

Hazırda mağazaya dəyən ziyan və oğruların kimliyi araşdırılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …