Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bakıda oğul atasını döydü, qardaşı isə lentə aldı – VİDEO

Bakıda oğul atasını döydü, qardaşı isə lentə aldı – VİDEO

Xəzər rayonu Türkan qəsəbəsində döyülmə hadisəsi baş verib.

Qəsəbənin Sovxoz küçəsində yaşayan Ataxan Şəmsəddin oğlu İbrahimov ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahim oğlu İbrahimovu döyərək ona xəsarətlər yetirib.

Başından ciddi xəsarətlər alan atanın görüntülərini kiçik oğlu Rüstəm İbrahimov lentə alıb. 

Bizim.Media-nın təqdim etdiyi görüntülərdə Rüstəm İbrahimov qardaşının ünvanına nalayiq ifadələr səsləndirərək atasının döyülməsinə etiraz edib.

Qeyd edək ki, İbrahimovlar Türkan qəsəbəsində kriminal ailə kimi tanınırlar. 

https://baku.tv/embed/84571

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …