Ana səhifə / Kriminal / Bakıda ödəmə aparatı sındırıldı: 700 manat pul oğurlandı

Bakıda ödəmə aparatı sındırıldı: 700 manat pul oğurlandı

Yasamal rayonunda yerləşən mağazada oğurluq cinayət qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, Azad Ağayevə məxsus mağazada yerləşən MilliÖn ödəmə aparatının qapısı sındırılaraq içərisində olan 700 manat pul oğurlanıb. Baş vermiş cinayət barədə ilk olaraq elə mağaza sahibinin özü xəbər tutub və dərhal polisə məlumat verib.

Hazırda polis əməkdaşları cinayəti törədən şəxsin axtarışlarına başlayıb, müşahidə kameralarına baxış keçirilib, şahidlər dindirilib.

Faktla əlaqədar Yasamal RPİ-də cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …