Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Kriminal / Bakıda narkotik satışına görə həbs edilən 27 nəfərlik dəstənin işi

Bakıda narkotik satışına görə həbs edilən 27 nəfərlik dəstənin işi

Bakıda və müxtəlif rayonlarda narkotik vasitələrin onlayn satışını həyata keçirən daha bir dəstənin mhəkəməsi başlayıb. Bu, Bakıda keçirilən ən genişmiqyaslı əməliyyatlardan biridir.

Bakı Ağır Cinayətlər Məhkəməsində 27 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

İş üzrə həbs edilən şəxslərin sayı 27 nəfərdir. Onlardan 7 nəfəri qadındır.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Onlar Etibar Hümbətov, Sahil Məmmədov, Elnur Ağamalıyev, Hüseyn Bağırov, Qnyaz Şərifov, Sənan Mütəllimov, Əmir Abbasov, Rasim Budaqov,Teymur Mehtiyev, Tural Rəhmanov, Sadiq Rzayev, Vəli İbadov, Sənan Loğmanlı, İbrahim Tağızadə, Nurlan Fətəliyev, Davud Qamidov, Əsgər Babayev və Əli Həsənovdur.

Həbs edilən qadınlar isə Aydan Əminova, Sevinc Həsənova, Xatirə Mirzəyeva, İlhamə İsmayılova, Natəvan Kazımova, Nərminə Quliyeva və Müjgan Mirzədir.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, həbs edilən şəxslərin əksəriyyəti daha əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıblar.

Onlayn nartkoik satışı ilə bağlı qısa olaraq bildirək ki, bu şəbəkədən narkotik almaq istəyən şəxs pulu kart və ya ödəniş aparatları vasitəsi ilə ödəyib. Daha sonra narkotik vasitə müxtəlif yerlərə qoyularaq müştəriyə yeri barədə mlumat verilib.

Onu da qeyd edək ki, onlayn narkotik satışına görə bundan əvvəl də 25 nəfərlik dəstə həbs edilmişdi. Onlar arasında “Baba” və “XXX” ləqəbli şəxslər var idi və əsas satış Türkiyədən idarə olunurdu.

Məhkəmə araşdırması fevralın 10-da davam etdiriləcək.

Musavat.com

Həmçinin oxuyun

Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 13 nəfərin məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – …