Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Bakıda “Nan” şokolad şirkətinin əməkdaşına silahlı hücum edildi

Bakıda “Nan” şokolad şirkətinin əməkdaşına silahlı hücum edildi

Bakıda şokolad şirkətinin əməkdaşına silahlı hücum olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonu, X.Məmmədov küçəsi ev 9, mənzil 23-də yaşayan, “Nan” şokalad şirkətində ekspeditor işləyən 1987-ci il təvəllüdlü Salahov Vaqif Azər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 4-də gecə saatlarında Xətai rayonu, Zeytun bağları küçəsi 2/1 saylı ünvanda özünə məxsus “Lada Priora” markalı 02 BM 692 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan 4 nəfər naməlum şəxs onu saxladaraq zorla maşından düşürüb.

Həmin şəxslər ona bıçaqla xəsarət yetirərək 3572 manatı götürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi başlanıb.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …