Çərşənbə , İyun 19 2019
Ana səhifə / Kriminal / Bakıda nənə və nəvəni öldürən sürücü tutuldu

Bakıda nənə və nəvəni öldürən sürücü tutuldu

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Sabunçuda baş verən qəza ilə bağlı məlumat yayıb.
Daxil olan birgə məlumatda deyilir ki, sentyabrın 28-də saat 19 radələrində Bakı şəhər sakini 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi “ZİL-130” markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.

Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, G.Salmanova və A.Məmmədova aldığı xəsarətlərdən xəstəxanada vəfat ediblər.

Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. T.İmanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycanda 128 kiloqram heroin tutuldu – Video

Dövlət Gömrük Komitəsi əməkdaşlarının daha bir uğurlu əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə …