Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Bakıda müstəntiq axtarışda olan şəxslə restorana gedir” – Şikayət

“Bakıda müstəntiq axtarışda olan şəxslə restorana gedir” – Şikayət

Müstəntiq: “Məni ağac dibində güdmək nəyə lazımdı?”

“Dövlət işçisinin, DİN əməkdaşının axtarışda olan cinayətkar ilə birlikdə qonaqlığa getməsi, zərərçəkmiş şəxsə “zarafat edirəm” deyib lağa qoyması, onun qanun keşiyində deyil, cinayətkarı himayə etməsini sübut edir. Daxili İşlər Nazirliyinin əməkdaşını belə hərəkəti nazirliyinin nüfuzuna xələl gətirir” – Suraxanı rayonu, Bülbülə qəsəbəsi, V.Bədəlov küçəsi 24 ünvanında yaşayan Yaşar Südeyif oğlu Babayev belə deyir.Criminal.az saytına yazan şikayətçinin sözlərinə görə 2016-ci ilin dekabrında Məhəmmədi qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olan Sadiq Səfər oğlu Kərimovdan 15 sot torpaq sahəsi alıb:

“Mənə həmin torpaq sahələrinə mənsub olan Abşeron rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş 0204826 15 iyul 2013-ci il tarixdə Daşınmaz Əmlak üzərində hüquqların Azad Əsgər oğlu Əsgərovun adına qeydiyyata alınmış Çıxarış və Abşeron rayon ərazi idarəsinin 054108 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədlərinin sürətin təqdim edərək mənə 9600 manata satdı. Həmin torpaq sahəsini yaxın qohumum Fikrətin vasitəsi ilə 2016-ci ildə onunla bir yerdə işləyən özünə fərdi yaşayış evi tikmək istəyən Aygün İbrahimovaya satmışdım. Razılaşma əsasında Aygün İbrahimovadan 15 min manat pul almışam və həmin məbləğin 9600 manatını Sadiq Səfər oğlu Kərimova ödəmişəm. Aygün xanım İbrahimova mənim ona satdığım torpaq sahəsində özünə fərdi yaşayış evi tikərkən Oqtay adlı şəxs ortaya çıxaraq 15 sot torpaq sahəsinin ona məxsus olduğunu bildirib.Suraxanı rayon Polis İdarəsinə şikayət ərizəsi yazaraq mənə qarşı edilmiş cinayətin araşdırılaraq təqsirləndirilən şəxs və ya şəxslərin əməllərinə hüquqi qiymət verilmsinə müvafiq orqanlardan xahiş etmişəm. Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Nizami Üsnəddin oğlu Məhərrəmov şikayətim əsasında toplanmış materialları nəzərdən keçirilərək Cinayət Məcəlləsinin 178.2.4- cü(külli miqdarda dələduzluq) maddəsi ilə 170100420 nömrəli cinayət işi başladı. Müstəntiq Sadiq Səfər oğlu Kərimov barəsində istintaqdan yayındığı üçün barəsində axtarış elan olunduğunu bildirdi”.Y.Babayev yazır ki, müstəntiq Sadiq Kərimovun barəsində axtarış işi başlandığını bildirdikdən sonra onları dəfələrlə bir yerdə görüb:

“Lakin istintaq şöbəsinin müstəntiqi polis mayoru Nizami Məhərrəmov Sadiq Kərimovla günorta yeməyi yedikdən sonra hansısa maddi- maraq xatirinə təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verməkdən qərəzli olaraq yayınmağa başladı. şikayət ərizəm əsasında 7 sentyabr 2017-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsi tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayətin Sadiq Kərimov tərəfindən törədilməsi tam sübuta yetirilir, özü də etiraf edərək, vurduğu zərəri ödəyəcəyini bildirir. Lakin Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmov cinayət işinin istintaqını tam və hərtərəfli aparmır, şifahi və yalan məlumatlar əsasında cinayət işinin icraatını əsassız dayandırır. Şikayət etdikdən sonra təzələyir, mənə yalandan Sadiq Kərimov barəsində axtarış işi başlandığını deyir. Lakin Sadiq Kərimov azadlıqda rahat gəzir, hətta tez-tez mənimlə qarşılaşır”. Şikayətçinin sözlərinə görə 8 iyun 2019-cu il tarixdə axtarışda olan təqsirləndirilən şəxs və Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Nizami Məhərrəmov Suraxanı RPİ-nin qarşısında avtomobilə əyləşərək birlikdə harasa getmələrini şahidi olub:”Mən müstəntiqə zəng edib, bu barədə soruşduqda isə təqsirləndirilən şəxsi Bakı Şəhər Prokurorluğuna apardığını bildirdi. Ona mənim də Bakı Şəhər Prokurorluğuna gedəcəyimi dedikdə isə müstəntiq mənə zarafat etdiyini bildirdi. Qeyd edilənləri nəzərə alaraq, Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Nizami Məhərrəmovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xaric edilməsi, təqsirləndirilən şəxslə cinayət əlaqəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, istintaqın vaxtında və qanuna müvafiq aparılması, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə CPM -ə uyğun tədbirlər görülməklə, cinayət işinin məhkəmə verilməsinə kömək etməyinizi xahiş edirəm”.“Sabah əksini sübut etməklə səni fakt qarşısında qoyaram axı”


Müstəntiq Nizami Məhərrəmov Criminal.az saytına açıqlamasında Y.Babayevin şər-böhtanlarından bezdiyini bildirdi: “Mənə zəng edəndə elə şirin dillə danışır ki… Bu cinayət işidi. Cinayət işinin xitam olunması barədə qərar qəbul olunub. Vətəndaşa da həmin qərarın surətini vermişəm. İzah etmişəm ki, narazıdırsa gedib sivil qaydada prokurorluğa və məhkəməyə şikayət eləsin. O da prokurorun qəbulunda olub və qərardan şikayət edib. Sadəcə, səhv edib və səhvini anlayıb ki, cinayət işini müstəntiqin şəxsi işi ilə qarışdıraraq qərəzli münasibət göstərir. Narazısansa, məndən də yuxarı orqan var, buyur şikayətini et. Qoy məhkəmə mənim qərarımı ləğv etsin, yoxsa sən kimsən ki, müstəntiqdən yazırsan ki, müstəntiq kiminləsə əlbir olub. Sən onu sübut edə bilərsən ay vətəndaş?  Edə bilməsən axı kütləvi informasiya vasitələrində dərc olunarsa, şər-böhtan atmaqla cinayət törətmiş olursan. Sabah səni məhkəməyə verib əksini sübut etməklə fakt qarşısında qoyaram axı. Hərə ağzına gələni yazmalıdır?”. “Pul verdiyin adamın səsini yazmırsan, gəlib müstəntiqin səsini yazırsan?”
Müstəntiq deyir ki, şikayətçinin şikayəti ilə bağlı cinayət sübuta yetirilmədi: “Yetirilsəydi məhkəməyə verərdim. Mən kiməm ki? Müstəntiq kimdir ki, şəxsi maraqları naminə işi xitam eləsin? Dələduzluq işləri digər cinayətləridən fərqlənir. Onlar torpaq alqı-satqısı ilə məşğul olan şəxslərdir. Torpaq alıblar, arada anlaşılmazlıq olub, bir-birilərinə borcu qalıb. Bunu məhkəməyə vermək olmaz axı. Məndən şikayət edib, prokuror da işi məndən tələb edib. Buyursunlar, rəsmi göstəriş versinlər, mən də məhkəməyə verim. Yoxsa məni ağac dibində güdmək nəyə lazımdı? Ayıbdı, yazırsansa, faktları yaz. Sən obyektivsənsə, pul verdiyin adamın səsini yazmırsan, gəlib müstəntiqin səsini yazırsan? Düzsənsə, get düzgün iş gör də.. Mən boğaza yığılmışam eee… Sizdən sonra mənə zəng edəcək ki, necəsən, dayı sənə qurban. Yuxarıda prokuror var, rəis var. Müstəntiq kimdir ki, özbaşına qərar qəbul etsin. Bir müstəntiqin ki, qərarı prokuror tərəfindən hüquqi qüvvədə saxlanılmasa, məhkəmə tərəfindən nəzarət olunursa mən şəxsi məqsədim üçün qərar qəbul edə bilərəm?”.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …