Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Bakıda mikroavtobus yük avtomobili ilə toqquşub, 6 yaralı var

Bakıda mikroavtobus yük avtomobili ilə toqquşub, 6 yaralı var

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, “NUR” marketin yanında) ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza zamanı mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun “Report”a verdiyi məlumata görə, “təcili yardım”a çağırış saat 7.42 də daxil olub.

“Hadisə yerinə altı təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər KTM-ə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağır”, – deyə o bildirib.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …