Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Bakıda maşın yanacaq doldurma məntəqəsinə çırpıldı – VİDEO

Bakıda maşın yanacaq doldurma məntəqəsinə çırpıldı – VİDEO

Gecə saatlarında Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Azinforum.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan “BYD” markalı minik avtomobili Məhəmməd Behbudovun idarə etdiyi “99-LK-284” dövlət nömrə nişanlı “Opel” markalı minik maşınına çırpılıb.

Zərbənin təsirindən hər iki avtomobil bir neçə metr irəliyə sürüşüb. “BYD” markalı minik maşını isə yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət lövhəsinə çırpıldıqdan sonra dayana bilib.

Qəza nəticəsində “BYD” markalı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …