Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Kriminal / Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub

Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub

Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürən şəxs tutulub.

Bu barədə musavat.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Belə ki, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev saxlanılıb.

Həmçinin oxuyun

Rüşvət alan xəstəxana direktoru yenidən məhkəmə qarşısında

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Fövzi Tahirovun barəsindəki hökmdən kassasiya şikayəti …