Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Kriminal / Bakıda məşhur ticarət mərkəzində qanlı dava — TƏFƏRRÜAT

Bakıda məşhur ticarət mərkəzində qanlı dava — TƏFƏRRÜAT

Bakıda məşhur ticarət mərkəzində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən İsmayıl Kərimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.


İttihama görə, bu ilin martın 31-də, gecə saat 23 radələrində b”Metropark” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Rahat” supermarketin işçisi İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevlə mübahisə edib.


Daha sonra onların mübahisəsi ticarət mərkəzinin arxasında davam edib və onlar əlbəyaxa davaya çıxıblar.


Bu zaman İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevi bıçaqlayıb.


Cinayəti törətməkdə şübhəli bilinən İsmayıl Kərimli tutulub.


İstintaq orqanı tərəfindən İsmayıl Kərimlinin barəsində Cinayət Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Həmçinin oxuyun

Repçi Elmin Moskvada ağır qəza törətdi, 3 yaralı var – Video

Rusiyada “Elley” ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib.  “Qafqazinfo” xəbər …