Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Kriminal / Bakıda məşhur plazada yanğın olub

Bakıda məşhur plazada yanğın olub

Bu gün Yasamal rayonu İsmayıl bəy Qurtqaşınlı küçəsində yerləşən “Altes Plaza” yaşayış və biznes mərkəzində yanğın baş verib. 

“ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 10 radələrində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğından Mühafizə Xidmətindən  bildirilib ki, binanın damından tüstü qalxıb, lakin açıq alov müşahidə edilməyib.

Yanğın artıq söndürülüb. Hadisə binanın 3-cü mərtəbəsində yerləşən restoranın şaxtasında baş verib. Şaxtaya toplanmış tullantıların alovlanması nəticəsində binanın damından qatı tüstü çıxıb və insanlar oradan təxliyyə edilib.

Həmçinin oxuyun

İlk dərs günü 3-cü sinif şagirdini maşın vurdu, öldü

İlk dərs günü məktəbli yol qəzasında ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında Şamaxının …